“Mançester Siti”dən yeni transfer

mancester-sitiden-yeni-transfer
Oxunma sayı: 1890

“Mançester Siti” heyətinə yeni futbolçu transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, klub bu dəfə "River Pleyt"dən 18 yaşlı futbolçu Klaudio Eçeverrini transfer edib.

Klaudio Eçeverri ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Eçeverri ötən yay “River Pleyt"də debüt edib.