Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər