Türkiyənin əfsanəvi aktyoru Kamal Sunalın anası Sultan Sunal dünyasını dəyişib.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, dünyasını dəyişən gülüş ustasının oğlu Əli Sunal nənəsinin ölüm xəbərini sosial şəbəkədə yayıb: "Sultanım Kamalına qovuşdu. Nur içində yat nənəm mənim” yazıb.
Kamal Sunal 2000-ci ildə dünyasını dəyişib. K.Sunal Türkiyənin məşhur teatr və kino aktyorudur. Əsasən komediya janrında filmləri ilə tanınıb. Xalq arasında əsasən Şaban adı ilə populyarlaşıb. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə rol alıb.

Son xəbərlər
Son Xəbərlər