“Milan” mövsümdə ilk qələbəsini qazandı - Video

milan-movsumde-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1315

İtaliya A Seriyasında 2-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Milan” səfərdə “Leççe”nin qonağı olub. 

Mövsümə məğlubiyyətlə başlayan “qırmızı-qaralar” bu dəfə rəqib meydanında 3 xal qazanmağı bacarıb - 0:2.

Xallarının sayını 3-ə çatdıran “Milan” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Leççe” isə 1 xalla 15-cidir.