Millimiz dünya reytinqində ikinci oldu

millimiz-dunya-reytinqinde-ikinci-oldu
Oxunma sayı: 2382

Minifutbol üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Dünya Minifutbol Federasiyasının (WMF) hazırladığı siyahıya son dünya çempionu Rumıniya başçılıq edir.

Rumınların aktivində 4125 xal var. Azərbaycan millisi isə hesabındakı 3000 xalla 2-ci yerə yüksəlib. Komandamız 3 pilləlik irəliləyişə nail olub.

Üçüncü sırada Macarıstan qərarlaşıb – 2600 xal.

60 komandanın yer aldığı siyahıda Türkiyə yığması 25 xalla 58-cidi.