Moskva vilayətinə PUA hücumu - 2 ölü, 18 yaralı - Yenilənib

moskva-vilayetine-pua-hucumu
Oxunma sayı: 7234

Ukrayna ordusu ötən gecə Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlar edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, gecə ərzində regionlar üzərində 337 PUA zərərsizləşdirilib. Onlardan 91-i Moskva vilayətinin üzərində vurulub.

Bu, cari ildə Rusiya ərazisinə edilən ən genişmiqyaslı PUA hücumu olub. 

“RİA Novosti”nin məlumatına görə, Moskva vilayətində hücum nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

***

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 2-yə çatıb, 18 nəfər isə xəsarət alıb.