Moskvada hava şəraitinə görə ölən və yaralananlar var

moskvada-hava-seraitine-gore-olen-ve-yaralananlar-var
Oxunma sayı: 3709

Rusiyanın paytaxtı Moskvada qeyri-sabit hava şəraiti səbəbindən iki nəfər ölüb, daha 15 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Moskva meri Sergey Sobyanin öz teleqram kanalında məlumat verib.

“Təhlükə ilə bağlı məlumatlar şəhərdəki monitorlarda, data mərkəzində xəbərdarlıq lövhələrində olub. Amma təəssüf ki, itkilər var. Xəsarət alan 17 nəfərdən ikisi ölüb”, - mer bildirib.

Qeyd edək ki, bu gün Moskvada güclü külək səbəbindən hava şəraitinin “sarı” təhlükəsi elan edilib.