“Qafqazinfo” lent.az-a istinadən həmin sorğunu təqdim edir:
Xal artisti Aygün Kazımova:
“Bütöv toy idarə etmirəm. Yalnız yarım saatlıq oxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toy paytaxtımızdan kənardadırsa, qiymət təbii ki, artacaq”.

Xalq artisti Nazpəri Dostəliyeva:
“Bütöv toyu 10 minə, yarım saatı isə 3 min manata gedirəm”.

Xalq artisti Səməd Səmədov:
“Bütöv toy 5 min, yarım saatı 1500 manata”.

Müğənni Röya Ayxan:
“Yarım saat 8 min manat. Bütöv toya getmirəm”.

Xalq artisti Gülyanaq Məmmədova:
“Yarım saatı 2500, bütöv toyu bacımla birgə 8 min manata idarə edirəm”.

Əməkdar artist Mətanət İsgəndərli:
“Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manat”.

Əməkdar artist Abbas Bağırov:
“ Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, iyirmi min manatın hamısı mənə çatmır. On səkkiz nəfərdən ibarət musiqiçim var. Onlarla bölüşürəm”.

Əməkdar artist Lalə Məmmədova:
“Bütöv toy 8 min, yarım saat 3 min manata”.

Müğənni Günay İbrahimli:
“Yarım saat 3 min, bütöv 8 min”.

Müğənni Ayan Babakişiyeva:
“Bütöv toya getmirəm, yarım saat 2500 manat”.

Sevinc-Sevil bacıları:
“Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8 minə oxuyuruq”.

Müğənni Manaf Ağayev:
“Toya yarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram”.

Xalq artisti Bilal Əliyev:
“ 1 milyon manata. Mənim toy qiymətim budur”.

Son xəbərlər
Son Xəbərlər