Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı təxirə salındı

naxcivanda-dovlet-qulluguna-qebul-imtahani-texire-salindi
Oxunma sayı: 2352

Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb. 

“Qafqazinfo” “Nuhçıxan”a istinadən xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.