“Neftçi” “Turan Tovuz”a uduzdu

neftci-turan-tovuza-uduzdu
Oxunma sayı: 1666

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, günün sonuncu matçında “Neftçi” Bakıda “Turan Tovuz”la üz-üzə gəlib.

Paytaxt təmsilçisi doğma meydanda minimal hesabla məğlub olub - 0:1.

Daha öncə keçirilmiş “Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşməmişdi – 1:1.

Azərbaycan Premyer Liqası
3-cü tur
29 avqust

“Neftçi” – “Turan Tovuz” - 0:1
Qol: Roberto Olabe, 6.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi Arena”