“Neftçi”nin icraçı direktoru Mutunu qorxaq futbol oynatmaqda günahlandırdı

neftcinin-icraci-direktoru-mutunu-qorxaq-futbol-oynatmaqda-gunahlandirdi
Oxunma sayı: 1467

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov sabiq baş məşqçiləri Adrian Mutunun komandadan ayrılmasından danışıb.

“Qafqazinfo” sportal.az-a istinadən xəbər verir ki, o, rumıniyalı əfsanəni qorxaq futbol oynamatmaqda günahlandırıb: 

“İstədiyimiz yerdə qərarlaşmasaq da, nəticə baxımından kritik deyildik. İkinci pillədən cəmi 1 xal geridəydik. Oyun tərzinə gəldikdə isə özünüz də görürdünüz ki, qorxaq futbol oynadırdı. Çox təəssüf ki, “Neftçi”nin adına yaraşan oyun sərgilənmirdi”.