Bakıda 11 yaşlı uşaq itkin düşüb.
Uşağın anası Xəyalə Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2008-ci il təvəllüdlü Mehdiyev Nihad Nahid oğlu 3 gün öncə, aprelin 7-də yaşadığı Sabunçu rayonu, Aydınbəyov küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun əynində ağ boğazlı köynək və idman şalvarı olub.
Valideynləri işdə olduğu zaman Nihad nənəsi ilə birgə evdə olub. Lakin səhər saatlarında o, nənəsinə demədən evdən gedib. Bir müddət sonra evi axtaran yaşlı qadın nəvəsini tapa bilməyib. N.Mehdiyev 170 saylı orta məktəbin şagirdidir. Polisə də bu barədə məlumat verilib. Nihadın dostları və sinif yoldaşları da ondan xəbərləri olmadığını deyiblər.
N.Mehdiyevi görənlərdən xahiş olunur ki, (055) 349 – 40 - 46 nömrəsinə məlumat versinlər.
***
Ailədən “Qafqazinfo”ya bildirilib ki, uşaq ötən gün tapılıb və ailəyə təhvil verilib.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər