On qatil balina ölümlə üz-üzə - Video

on-qatil-balina-olumle-uz-uze
Oxunma sayı: 4455

Yaponiya arxipelaqının şimal hissəsində yerləşən Hokkaydo adası yaxınlığında 10 qatil balina çıxılmaz vəziyyətdə qalıb.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, balinalar Sakit okeanın buzla örtülmüş hissəsində yaranmış çuxurda qalıblar. Nəhəng su canlıları buzun alt hissəsinə enə bilmədikləri üçün həmin yerdə sıxılmış halda qalıblar.

Mütəxəssislər bildiriblər ki, bu şəraitdə balinaları oradan çıxarıb başqa yerdə suya buraxmaq demək olar ki, mümkünsüzdür.

Qeyd edək ki, 2015-ci ildə də nəsli tükənməkdə olan 10 qatil balina oxşar vəziyyətlə üzləşmiş və hamısı tələf olmuşdu.