Parisdə qazandığımız bu medallar geri qaytarılır - Rəsmi

parisde-qazandigimiz-bu-medallar-geri-qaytarilir
Oxunma sayı: 7044

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı 5 medalın geri qaytarılması üçün Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq.

Bu barədə “Qafqazinfo”ya Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib. 

O qeyd edib ki, həmin medallarda zədələr aşkar olunub. 

Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin, taekvondo üzrə gümüş mükafatçı Qaşım Maqomedovun, boks üzrə gümüş medalçı Alfonso Domingezin, yunan-Roma güləşi üzrə bürünc mükafatçı Həsrət Cəfərovun, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarının geri qaytarılması nəzərdə tutulub.

Komitə rəsmisi bildirib ki, indi buna hazırlıq gedir: “Yaxın günlərdə Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq”.

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçı Maqomedxan Maqomedovun medalında isə hələlik problem aşkarlanmayıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının medalı geri qaytarılıb. Bir çox idmançılar isə medalların yararsız vəziyyətə düşməsindən şikayət edib.