“Qalatasaray”ın futbolçusu qəza keçirdi

qalatasarayin-futbolcusu-qeza-kecirdi
Oxunma sayı: 2413

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz yol qəzası keçirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Giresun bölgəsinin Görele rayonunda baş verib.

Rizəyə gedən futbolçunun  istifadə etdiyi avtomobil liman qovşağında başqa avtomobillə toqquşub.

Qəzadan xəsarət almadan sağ çıxan Yılmaz nəzarət üçün xəstəxanaya aparılıb.