“Qarabağ”da iki itki

qarabagda-iki-itki
Oxunma sayı: 5074

“Qarabağ” Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdiyi matçda (2:1) iki oyunçusunu itirib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana çıxan Yasin Benzia 8 dəqiqə sonra zədələnərək görüşü davam etdirə bilməyib.

O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. Ağdam təmsilçisi 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün qarşılaşmanı 10 nəfərlə tamamlamaq məcburiyyətində qalıb. “Qarabağ”ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.