“Qarabağ”da yeni təyinat

qarabagda-yeni-teyinat
Oxunma sayı: 2851

“Qarabağ”da yeni təyinat gerçəkləşib. 

“Qafqazinfo” xəbər verir ki, Vüqar Əsgərli Ağdam klubunun futbol akademiyasında çalışacaq.

O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin son klubu 2022-23-cü illərdə çalışdırdığı “Şamaxı” olub.

Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.