Qız qalası yaxınlığındakı attraksionlar narazılıq yaratdı - Açıqlama

qiz-qalasi-yaxinligindaki-attraksionlar-naraziliq-yaratdi
Oxunma sayı: 2633

Qız qalası yaxınlığında attraksionların quraşdırıldığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu, şəhər sakinlərinin narazılığına səbəb olub. Onlar attraksionların qədim şəhərə yaraşmadığını qeyd ediblər.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq.

Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, attraksionlar artıq yığışdırılıb.

Fotolar: Xəyal Vəlizadə