Qurban Qurbanovla Xabi Alonsonun maraqlı söhbəti - Video

qurban-qurbanovla-xabi-alonsonun-maraqli-sohbeti
Oxunma sayı: 2775

Xəbər verdiyimiz kimi, “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Leverkuzen təmsilçisinin çalışdırıcısı Xabi Alonso ilə yenidən görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov  Almaniya klubunun məşq prosesini izləyərkən Alonso ona yaxınlaşıb, məşqçilər arasında qısa və səmimi söhbət olub.

İspaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə keçiriləcək oyunlarda “Qarabağ”ı dəstəkləyəcəyini bildirib. Q.Qurbanov da həmkarına həm Bundesliqada, həm də Avropa Liqasında uğurlar arzulayıb. O, “Bayer”in hər iki yarışın qalibi olmasını istədiyini söyləyib.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Həm “Bayer”, həm də “Qarabağ” qrupdan çıxaraq pley-offa yüksəlib.