Rövşən Əkbərov həbs edildi - Eksklüziv

rovsen-ekberov-hebs-edildi
Oxunma sayı: 26636

General-leytenant Rövşən Əkbərov həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. Sabiq birlik komandiri bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyata buraxılıb.