“RR Food” və “Alliance Trade” şirkətlərindən 50 minlik dəstək

rr-food-ve-alliance-trade-sirketlerinden-50-minlik-destek
Oxunma sayı: 2255

 “RR Food” və “Alliance Trade” şirkətləri koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb. 

“Qafqazinfo”nun məlumatına görə, maliyyə vəsaitinin ayrılmasında məqsəd koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.