Rumıniya Rusiyanın Buxarestdəki Səfirliyində çalışan hərbi attaşe və onun köməkçisinin diplomatik qaydaları pozduqları üçün “persona non-grata” elan edildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada Rusiya hərbi, hava və dəniz attaşesi və köməkçisinin “persona non-grata” elan edildiyi və “Bu adamların diplomatik münasibətlərin müddəalarına zidd fəaliyyətlərlə məşğul olduqları” bildirilib.
Müvafiq qərarın Rusiyaya da çatdırıldığı qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər