Rusiya dronlarla Ukraynaya hücum etdi - Foto

rusiya-dronlarla-ukraynaya-hucum-etdi
Oxunma sayı: 1549

Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə “Şahed” tipli kamikadze dronlarla hücum edib.

“Qafqazinfo” bu barədə UNİAN-a istinadən xəbər verir.

Dronlar yaşayış məskənlərinə düşüb. Nəticədə bir neçə evdə yanğın baş verib.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər həyatını ölüb, 5 nəfər xəsarət alıb.