Rusiyada güclü zəlzələ oldu - Vulkan püskürdü+Video

rusiyada-guclu-zelzele-oldu
Oxunma sayı: 7533

Rusiyanın Kamçatka vilayətinin cənub-şərq sahillərində 7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının geofiziki xidməti xəbər verib.

Qeyd olunub ki, zəlzələdən sonra Şiveluç vulkanı püskürməyə başlayıb. Vulkanın ərazisində qırmızı həyəcan siqnalı elan edilib.

Kül emissiyaları təyyarələrin hərəkətinə təhdid yarada biləcəyi üçün uçuşlar təxirə salınıb.

Qeyd olunub ki, güclü yeraltı təkanların ardınca afterşoklar yaşanmaqdadır.