Şabranda ağır qəza - Ölən və yaralananlar var

sabranda-agir-qeza
Oxunma sayı: 1963

Şabran rayon ərazisinin Gəndov massivində yol-nəqliyyat hadisəsi baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, “Hundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən şəxs rayonun Gəndov kənd sakini 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.

Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılar - Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şixalıyev Elşən Rasim oğlunun və Şabran rayon Mollakamallı kənd sakini 1958-ci il təvəllüdlü Musayev Atakişi Ramazan oğlunun vəziyyəti isə hazırda ağır olaraq qalır. Onlar kəllə-beyin zədəsi alıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.