Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.
“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib.
Həyat yoldaşı tərəfindən bıçaqlanan 1977-ci il təvəllüdlü Məmmədova Gülmira Cümşüd qızının vəziyyəti ağırdır. O, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər