30.03.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə “Ülvi” şadlıq sarayında tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov və Arzuxan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, bir sıra QHT-lərin rayon təşkilatlarının sədrləri, aztəminatlı ailələr, din xadimləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir Bakıxanov qəsəbəsi, “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov tərəfindən “Qurani-Kərim”dən olan ayələrin və Ramazan ayının duasının oxunması ilə başlanıb.
Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan Ə. Tahirov Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini, müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu və bu ənənənin bugün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Ə.Tahirov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Qələbənin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirərək bu qələbənin əldə olunmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Son xəbərlər
Son Xəbərlər