“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “dənizçilər” Ayman Bualini heyətinə cəlb edib.
Mərakeşli hücumçu ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.
Buali 2023/2024 mövsümündə çıxış etdiyi “Ümraniyespor”da (Türkiyə) 21 oyunda 1 qol vurub.