“Türkiyə həm öz ərazisində, həm də regionda terrora tamamilə son qoymaq niyyətindədir”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
“Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını hər kəsə göstərməyə qərarlıyıq. Son seçkilərdən sonra qətiyyətimiz daha da güclənib. Bütün terror təşkilatları millətimizin düşmənidir”.