Şəhid və qazi ailələri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilib - Fotolar

sehid-ve-qazi-aileleri-ucun-odenissiz-tibbi-sosial-aksiya-kecirilib
Oxunma sayı: 1041

“Referans Medical Group” və Sosial Xidmətlər Agentliyi tərəfindən Gəncə və ətraf ərazilərdə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, aksiya ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  “Referans”ın “36.6 Med” Gəncə filialında keçirilib.

Aksiyada “Referans Medical Group”un 10-dan çox yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərib. Kardioloq, Terapevt, nevroloq, hepatoloq, uroloq, androloq, radioloq mütəxəssislər tərəfindən müayinələr aparılıb.

Ümümilikdə gün ərzində aksiya iştirakçılarına 100-dən çox tibbi xidmət göstərilib. Həmçinin həkim təyinatlarına əsasən müharibə veteranları və şəhid ailələrinin üzvləri diaqnostik xidmətlərdən də ödənişsiz şəkildə keçiblər.

Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb.

Qeyd: Bu tipli analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsini planlaşdırılır.