Sərbəst güləşçimiz Türkiyədə keçirilən turnirdə gümüş medal qazandı

serbest-gulescimiz-turkiyede-kecirilen-turnirde-gumus-medal-qazandi
Oxunma sayı: 1041

Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev Antalyada keçirilən “Yaşar Doğu & Vehbi Emre” turnirində uğurla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı gümüş medala sahib olub.

Yığmanın digər üzvləri - Zirəddin Bayramov, Murad Haqverdiyev (hər ikisi 65 kiloqram), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kiloqram) və Qadjimurad Maqomedsaidov (97 kiloqram) isə mükafatçılar siyahısına düşə bilməyiblər.

Yarışın sonuncu günündə - martın 10-da Ceyhun Allahverdiyev (61 kiloqram), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kiloqram), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kiloqram), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kiloqram) xalça üzərinə çıxacaqlar.