“Sərhədçi”dən növbəti qələbə

serhedciden-novbeti-qelebe
Oxunma sayı: 1142

26 yanvar Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 12 -ci turunun üçüncü oyunu baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" və "Sərhədçi" klublarının oyununda, qonaqlar 91-63 hesablı rahat qələbə qazanıblar. 

Evren Alkayanın gəlişindən sonra bu sərhədçilərin ardıcıl üçüncü qələbəsi olub. Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Cey Mörl - 17 xal, 4 ribaund), "Sərhədçi" (Troy Kraknel - 16 xal, 5 ribaund)

Qeyd edək ki, 12-cu turun son oyunları ("Gəncə" -"NTD-İNDİQO", "Şəki" - "Neftçi") 27 və 28 yanvar tarixlərində baş tutacaq