Soçidə fırtına nəticəsində ev uçdu - Video

socide-firtina-neticesinde-ev-ucdu
Oxunma sayı: 3180

Rusiyanın Soçi şəhərinin Lazarevski rayonunda fırtına nəticəsində üçmərtəbəli bina uçub.

“Qafqazinfo” xəbər verir ki, həmin anın görüntülərini “Shot” teleqram kanalı yayıb.

Çökən binada yaşayan insanların mənzillərini əvvəlcədən tərk etdiyi bildirilir.

Qeyd edək ki, Rusiyanın Qara dəniz sahillərində yerləşən şəhərləri güclü qasırğaya məruz qalıb. Xüsusilə Soçi, Novorossiysk, Anapa və Tuapse bu halla qarşılaşıb.