Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü

tovuzda-9-yasli-usagi-masin-vurub-oldurdu
Oxunma sayı: 1087

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, rayonun Əsrik Cırdaxan kənd sakini 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni maşın vurub. Azyaşlı xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev