Trampdan görüş öncəsi - Açıqlama

trampdan-gorus-oncesi
Oxunma sayı: 2533

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş öncəsi jurnalistlərin suallarını cavablayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp görüşdə atəşkəslə bağlı razılıq əldə edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib.

“Bu gün atəşkəsin olub-olmayacağından əmin deyiləm. Amma olmasa, çox məyus olacağam”.

Tramp vurğulayıb ki, ABŞ Rusiya və Ukrayna arasındakı müharibədən faydalanır, lakin o, ölümlərin dayandırılmasını istədiyi üçün buna əhəmiyyət vermir.