Tuba Büyüküstün əri ilə birlikdə açıqlama yaydı - İlk dəfə

tuba-buyukustun-eri-ile-birlikde-aciqlama-yaydi
Oxunma sayı: 3687

Türkiyəli aktrisa Tuba Büyüküstünün bir müddət öncə həyat yoldaşından ayrılan keçmiş basketbolçu İbrahim Kutluayla sevgili olduğuna dair xəbərlər yayılıb.

Qafqazinfo”nun məlumatına görə, əri, aktyor Onur Saylakdan boşanmaq üçün məhkəməyə müraciət edən Büyüküstün yayılan xəbərə görə eks-həyat yoldaşı ilə birlikdə ilk dəfə ortaq açıqlama yaymaq məcburiyyətində qalıb.

Onur-Tuba Saylak açıqlamada bildiriblər ki, yalan xəbərə görə məhkəməyə müraciət olunacaq: “Ailə həyatımızın məhrəmiyyətinə hörmət edilmədən yazılan xəbərlər yalan və iftiradan ibarətdir. Bu əsassız xəbərlə bağlı lazımi hüquqi işlər başlayıb. İctimaiyyəti bu şəkildə məşğul etdiyimizə görə narahat və kədərliyik”.

Qeyd edək ki, Tuba Büyüküstünlə Onur Saylakın Maya və Toprak adlı əkiz qızları var.