Türkiyə səfirliyi Xocalı qurbanlarını andı

turkiye-sefirliyi-xocali-qurbanlarini-andi
Oxunma sayı: 818

Türkiyənin Azərbaycandakı Səfirliyi Xocalı qətliamının 29-cu ildönümündə soyqırım qurbanlarını anıb.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda deyilir:

“Xocalıda 29 il əvvəl şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini hörmətlə yad edir və Allahdan onlara rəhmət diləyirik.

Hər zaman olduğu kimi, bu gündə də Azərbaycanın yanında olduğumuzu bildiririk”.