Ukraynaya 23-cü hərbi yardım paketini göndərəcəklər

ukraynaya-23-cu-herbi-yardim-paketini-gonderecekler
Oxunma sayı: 1298

Finlandiya Ukraynaya 23-cü hərbi yardım paketini göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Finlandiya Prezidenti Aleksandr Stubbın ofisinin saytında məlumat verilib.

“Kiyevdə prezident Stubb Finlandiyanın Ukraynaya 23-cü müdafiə yardımı paketini göndərmək qərarından da danışıb. Onun dəyəri 188 milyon avro təşkil edir”, - ofisin açıqlamasında deyilir.