Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman yol kənarında dayanmış “Opel” markalı minik avtomobilinə çırpılıb.
Nəticədə “Opel”in sürücüsü, 1982-ci il təvəllüdlü Hüseynov Rəfail Yavər oğlu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli


Son xəbərlər
Son Xəbərlər
.jpg)