Zelenski Səudiyyə Ərəbistanına gedib

zelenski-seudiyye-erebistanina-gedib
Oxunma sayı: 2483

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Zelenskinin Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub. 

Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-lə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.

Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.