“Zelenskidən məktub almışam” - Tramp + Video

zelenskiden-mektub-almisam
Oxunma sayı: 5501

“Bu gün prezident Zelenskidən məktub aldım ki, o, davamlı sülhə nail olmaq üçün mənim rəhbərliyim altında işləməyə hazırdır”.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışında danışıb.

“Ukrayna istənilən vaxt minerallar sazişini imzalamağa hazırdır. Mən bu məktubu yüksək qiymətləndirirəm. Rusiya ilə də ciddi danışıqlar apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu çılğınlığa son qoymağın vaxtıdır”.