Murat Bozdan Tarkan açıqlaması

murat-bozdan-tarkan-aciqlamasi
Oxunma sayı: 2160

Murat Boz həmkarı Tarkanla dostluğu barəsində gəzən söhbətlərə aydınlıq gətirib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Tarkanla küsülü olduğu xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib. O, “Belə şey ola bilərmi? Tarkanla küsülü deyiləm. O, sevdiyim dostumdur”, -deyərək yazılanları inkar edib.

Qeyd edək ki, mətbuatda Tarkanla Muratın bir il yarımdır ki, dostluq münasibətlərinə son qoyduğu və bu səbəbdən pop ulduz Pınar Dileklə toyuna həmkarını çağırmadığı yazılmışdı.