Uels şahzadəsi Keyt Middleton onkoloji xəstəlik səbəbindən əməliyyat olunduğunu açıqlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, hazırda kimyaterapiya aldığını etiraf edib.
Qeyd edək ki, uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. Bir müddət əvvəl həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.