Tayvandakı zəlzələdə ölən və yaralananların sayı artdı

tayvandaki-zelzelede-olen-ve-yaralananlarin-sayi-artdi
Oxunma sayı: 2272

Tayvanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tayvanın fövqəladə hallara cavab qərargahının hesabatında qeyd olunub.

“Yerli saatla 22:00-a olan məlumata görə, fövqəladə vəziyyət nəticəsində 9 nəfər həlak olub, 1011 nəfər yaralanıb, 143 nəfər isə yardım gözləyir”, - məlumatda bildirilir.

Qeyd edək ki, ötən gecə Tayvanda 7,7 bal gücündə zəlzələ baş verib.