Ərdoğan “Fatih”in imamı ilə danışdı - Video

erdogan-fatihin-imami-ile-danisdi
Oxunma sayı: 2607

İstanbul Bələdiyyə Başçısı namizədi Murat Kurum hücuma məruz qalan “Fatih” məscidinin İmamı Qalip Ustanı müalicə aldığı “Bezmialem Vəqf Universiteti Xəstəxanası”nda ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, səfər zamanı Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu yaralı imamla danışdırıb.

Prezident Ərdoğan görüş zamanı Ustadı salamlayaraq, “Ümid edirəm tezliklə sağalarsınız, Allah şəfa versin, Allah köməyimiz olsun” - , deyib.