Trampla təhlükəsizliyi müzakirə etdilər

trampla-tehlukesizliyi-muzakire-etdiler
Oxunma sayı: 686

Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı həmkarı Donald Trampla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“ABŞ Prezidenti Donald Trampla çox məhsuldar söhbətimiz oldu. Biz müxtəlif mövzuları, o cümlədən suverenliyimizə hörmətlə bağlı təhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması, ticarət və sərmayələri müzakirə etdik”, - o yazıb.

Şeynbaum qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin həmişə müsbət nəticələr verdiyini də vurğulayıb.

Xatırladaq ki, yanvarın 9-da Ağ Ev rəhbəri ABŞ Silahlı Qüvvələrinin Latın Amerikasında, xüsusilə Meksikada narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlayacağını bəyan etmişdi.