Gecikən Moskva təyyarəsi Gəncəyə eniş edib - Yenilənib

geciken-moskva-teyyaresi-genceye-enis-edib
Oxunma sayı: 2788

Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.

“Qafqazinfo”nun məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.

Uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.

Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq şəxs istifadə edəcək.

***

Gəncə beynəlxalq hava limanından verilən məlumata görə, “Ural Airlines” aviaşirkətinə məxsus U6 2411 Moskva–Gəncə və U6 2412 Gəncə–Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Aviaşirkətdən verilən məlumata görə, U6 2411 reysinin Moskvadan çıxışı 16:05 vaxtına planlaşdırılır.

Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.

***

Təyyarə 20:40-da Gəncəyə eniş edib. 1 saat 20 dəqiqə sonra isə Moskvaya geri dönüb.

Yunis Quliyev